Azad edilmiş ərazilərdə minaya düşən şəxslərin sayı açıqlanıb

Azad edilmiş ərazilərdə minaya düşən şəxslərin sayı açıqlanıb
28.11.2023 10:35
Aa
dəq

"Minalarla çirklənmiş ərazilər yalnız insanların başlıca hüquqlarına deyil, eləcə də təhlükəsiz ətraf mühitə və təmiz ekoloji şəraitə, sosial-infrastruktur fəaliyyətlərinə təhlükə törədir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov "Mina Təhlükəsi ilə Mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı 2-ci beynəlxalq texniki tədbirdə deyib.

Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixindən bu günə kimi 337 nəfər müharibənin partlayıcı qalıqlarının qurbanı olub, 65 nəfər həyatını itirib, 272 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Bununla yanaşı, dayanıqlı inkişaf, innovativ həllər və qabaqcıl təcrübələrə dair öhdəliklərimizə uyğun olaraq, Azərbaycan minaların təmizlənməsi ilə davamlı inkişaf məqsədlərinə nail olunması arasındakı əlaqənin əhəmiyyətini dərk edir. Bu məqsədlə biz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə spesifik Milli Dayanıqlı İnkişaf Məqsədini müəyyənləşdirməyə çalışırıq. Bundan əlavə, minalarla mübarizənin prioritet təyin edilməsi ilə 18-ci Dayanıqlı İnkişaf Məqsədinin qlobal miqyasda bölüşdürülməsini təklif edirik", - V.Süleymanov qeyd edib.

Həftənin ən çox oxunanları

Xaricdə tutulan 6 nəfər Azərbaycana gətirildi

Xaricdə tutulan 6 nəfər Azərbaycana gətirildi
DAVAMIN OXU davamın oxu

Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, bir nəfər yaralanıb

Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, bir nəfər yaralanıb
DAVAMIN OXU davamın oxu

Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar

Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar
DAVAMIN OXU davamın oxu

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu