Əsas məzmuna keç

Bakıda gül mağazasında partlayış və yanğın baş verdi

Bakıda gül mağazasında partlayış və yanğın baş verdi

Nizami rayonu, Elşən Süleymanov küçəsindəki 18 mərtəbəli binada qorxulu anlar: FHN qüvvələri obyektdəki alovun qarşısını alıb. Xəsarət alan varmı? Hadisədən son xəbər.

en ru

şəhəri, rayonu, Elşən Suleymanov küçəsində gül mağazasında partlayışla müşayiət olunan yanğın baş verib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən () məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı 18 mərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mağazada partlayışın baş verdiyi təsdiqlənib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun digər obyektlərə və mənzillərə yayılmasına imkan verilmədən yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində ümumi sahəsi 38 kv.m. olan mağazanın yanar konstruksiyaları yararsız hala düşüb.

Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…