Əsas məzmuna keç

Azad edilmiş ərazilərdə 32 kütləvi məzarlıq aşkar edilib

Azad edilmiş ərazilərdə 32 kütləvi məzarlıq aşkar edilib

Qarabağda işğaldan qurtarılan torpaqlarda itkin düşən soydaşlarımıza aid yeni dəfn yerləri tapıldı. Xocalı və Edillidəki dəhşətli faktların təfərrüatı linkdə.

ru en

Birinci müharibəsi zamanı 3999 nəfər itkin şəxs kimi qeydiyyata alınıb, 6 nəfər isə 44 günlük Vətən müharibəsində itkin düşmüş sayılır.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Birinci Qarabağ müharibəsində itkin düşənlərdən 3218 nəfər hərbçi, 781 nəfər mülki şəxs olub. Mülki şəxslərdən 71 uşaq, 287 nəfəri qadın, 319 nəfəri qoca olub. İtkin düşənlərin 3711-i kişi, 288 nəfəri qadındır.

İkinci Qarabağ müharibəsində itkin düşmüş 6 nəfərin isə hamısı hərbçi olub.

Komissiyadan bildirilib ki, indiyədək 32 aşkar edilib və ümumilikdə 877 nəfərə aid insan qalıqları tapılaraq ekshumasiya olunub. Onlardan 309 nəfəri identifikasiya edilib, 220 nəfərin qalıqları ailələrinə təhvil verilib və dəfn olunub.

Qeyd edək ki, bu ilin yanvar-aprel ayları ərzində 46 nəfərin qalıqları ekshumasiya edilib, onlardan 11 nəfəri aprel ayı ərzində aşkar olunub.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…