Əsas məzmuna keç

AYNA: İntensiv yağış nəticəsində 92 marşrutun hərəkətində ləngimələr olub

AYNA: İntensiv yağış nəticəsində 92 marşrutun hərəkətində ləngimələr olub

İntensiv nəticəsində bəzi yollarda nəqliyyatın hərəkətində müvəqqəti çətinliklər yaranıb. 16 küçə və prospektdəki və yollarda su yığılması səbəbindən 92 marşrutun hərəkətində ləngimələr müşahidə olunur.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə AYNA-dan bildirilib.

Məlumata görə, prospektinin əsas hərəkət hissəsi (tunel), Müzəffər Nərimanov küçəsinin Heydər prospekti ilə kəsişməsi, tunel), Xəlil Rza Ulutürk küçəsi (metronun “Ulduz” stansiyası istiqamətində), Sabunçu dairəsi (Sabunçu bazarının yanı), Asif Əsədullayev küçəsi (Sabunçu qəsəbəsi, tunel), Binə, Qala, Mərdəkan, Şüvəlan qəsəbələrindən metronun “Koroğlu” stansiyası istiqamətində, Zabrat dairəsi, Polad Həşimov küçəsi, Ziya Bünyadov prospekti Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən “Çermet” körpüsünədək, Qara Qarayev və Babək prospektləri, Rüstəm Rüstəmov küçəsi, Gəncə prospekti (hər iki istiqamətdə), Binəqədi və Bakı-Sumqayıt şoselərində marşrut avtobuslarının hərəkəti çətinləşib.

Bəzi ərazilərdə avtobusların hərəkət sxemi dəyişdirilərək alternativ yollarla təşkil edilib.

“Sürət həddi mövcud şəraitə uyğun tənzimləndiyi və məhdudiyyətlər olduğu üçün avtobuslararası intervallarda artım müşahidə edilə bilər. Sərnişinlərdən müvəqqəti çətinlikləri anlayışla qəbul etmələri, təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur”- məlumatda qeyd edilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…