Operativ Məlumat Mərkəzi

Avropada Qəzzaya dəstək nümayişləri keçirilib

1 dəq
Paylaş:
Avropada Qəzzaya dəstək nümayişləri keçirilib
bu barədə xarici KİV məlumat yayıb. İsveçin paytaxtı Stokholmda Qəzza xalqı ilə həmrəy olaraq Pasxa bayramını ləğv edən yüzlərlə insan Fələstinə dəstək...

Avropanın bir çox ölkəsində minlərlə insan İsrailin Qəzza zolağına hücumlarına etiraz etmək üçün küçələrə axışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İsveçin paytaxtı Stokholmda Qəzza xalqı ilə həmrəy olaraq Pasxa bayramını ləğv edən yüzlərlə insan Fələstinə dəstək nümayiş etdirib. Ölkədəki bir çox qeyri-hökumət təşkilatının çağırışı ilə Stokholmun Odenplan bölgəsində toplaşan təxminən 5 min nümayişçi İsraildən Qəzzada törətdiyi hərbi cinayəti dayandırmasını tələb edib.

Nümayişçilər əllərində "Qəzzada uşaqlar öldürülür", "Soyqırımı dayandırın" yazılan pankartlar, Qəzzada öldürülən uşaqları təmsil edən maketlər daşıyıb, "Fələstinə azadlıq", "İşğala son" kimi şüarlar səsləndiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər