Əsas məzmuna keç

Avropada ekstrimal istilər olacaq

Avropada ekstrimal istilər olacaq

Meteoroloqlar Avropanın cənub regionunda ekstrimal istilərin olacağına dair xəbərdarlıq edilib. Əsasən, İspaniya və İtaliyada temperaturun kəskin...

Meteoroloqlar Avropanın cənub regionunda ekstrimal istilərin olacağına dair xəbərdarlıq edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, əsasən, İspaniya və İtaliyada temperaturun kəskin yüksələcəyi gözlənilir.

Ekspertlər Afrikadan gələn isti dalğası İtaliyada temperaturun 43 dərəcəyə yüksəlməsinə səbəb olacağını bildiriblər.

Onların sözlərinə görə, qarşıdakı günlər İtaliyada ilin ən isti günləri ola bilər. Sinoptiklər yüksək temperaturun yüksək rütubətlə müşahidə olunacağını deyiblər. Bu, həssas qrup insanlar, xüsusilə, yaşlı nəsilin səhhəti üçün təhlükəli hesab olunur. Kəskin istilərin növbəti həftəyə qədər davam edəcəyi proqnozlaşdırılır.

Oşxar hava şəraiti ilə əlaqədar İspaniya sakinlərinə də xəbərdarlıq edilib. İspaniyada temperaturun 40 dərəcəyə çatacağı ehtimal olunur.

Xüsusilə, Kordova və Toledo şəhərləri üçün istilərlə əlaqədar narıncı həyəcan siqnalı elan edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…