Operativ Məlumat Mərkəzi

Avropa Komissiyasının vitse-prezidenti İrəvana gedib

1 dəq
Paylaş:
Avropa Komissiyasının vitse-prezidenti İrəvana gedib
bu barədə məlumatı Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos açıqlayıb. Onun sözlərinə görə, AK-nın vitse-prezidenti...

Avropa Komissiyasının (AK) vitse-prezidenti Marqaritis Şinas İrəvana gedib.

"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə məlumatı Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos açıqlayıb.

Onun sözlərinə görə, AK-nın vitse-prezidenti Ermənistan prezidenti Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar aparacaq. Danışıqlar zamanı Avropa-Ermənistan tərəfdaşlığının gücləndirilməsi, həmçinin Avropa və Ermənistan arasında viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqun başlanması məsələsi müzakirə olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər