Əsas məzmuna keç

Avropa hökumətləri devrilə bilər - Duqlas MakQreqor xəbərdarlıq etdi

Avropa hökumətləri devrilə bilər - Duqlas MakQreqor xəbərdarlıq etdi

Duqlas MakQreqor ABŞ-İran münaqişəsinin şok nəticələrini açıqladı: Fars körfəzində enerji böhranı və Londonda yanacaq qıtlığı Avropada siyasi sarsıntı yaradacaq.

en ru

və İsrailin İrana qarşı əməliyyatları Avropada siyasi böhrana səbəb ola bilər

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Pentaqonun keçmiş müşaviri Duqlas MakQreqor yutub platformasında açıqlama verib.

Bildirilib ki, MakQreqor ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların ciddi qlobal nəticələr doğura biləcəyini vurğulayıb. Onun sözlərinə görə, Tehran körfəzinin qərb sahilində yerləşən obyektlərin böyük hissəsini məhv edə biləcəyini açıq şəkildə bəyan edib ki, bu da dünya miqyasında ciddi narahatlıq yaradır.

Ekspert qeyd edib ki, artıq qaz və neftin nəqli ilə bağlı problemlər yaranıb və bu vəziyyət xüsusilə Qərbi ölkələrinə ciddi təsir göstərir. Onun fikrincə, yaşıl enerjiyə üstünlük verən bu ölkələr hazırkı şəraitdə çətin vəziyyətə düşüblər.

MakQreqor bildirib ki, mövcud vəziyyət fonunda yaxın gələcəkdə Qərbi Avropada hökumətlərin devrilməsi ilə nəticələnə biləcək ciddi siyasi dəyişikliklər baş verə bilər.

O əlavə edib ki, gübrə istehsalında istifadə olunan komponentlərin əhəmiyyətli hissəsi Fars körfəzindən idxal olunur. Bu səbəbdən və xammal təchizatında yaranan problemlər Qərb ölkələrində vəziyyəti daha da ağırlaşdırır.

Ekspertin sözlərinə görə, Böyük Britaniyada yaxın iki həftə ərzində reaktiv yanacaq və qaz ehtiyatlarının tükənməsi ehtimalı da mövcuddur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…