2032-ci ildə Avropa çempionatı İtaliya və Türkiyədə keçiriləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, turniri təşkil etmək və ona ev sahibliyi etmək iddiasında olan Rusiya istisna olunduqdan sonra İtaliya-Türkiyə təklifi yeganə olaraq qalıb.
UEFA qərarını sabah, oktyabrın 10-da Nyonda keçiriləcək iclasda rəsmi olaraq açıqlamalıdır.
Xatırladaq ki, 2028-ci il Avropa çempionatına Böyük Britaniya və İrlandiya ev sahibliyi edəcək.