Əsas məzmuna keç

Avropa çempionatına 14 şahmatçı ilə qatılacağıq

Avropa çempionatına 14 şahmatçı ilə qatılacağıq

11 turdan ibarət qitə çempionatında 35 ölkə iştirak edəcək. Azərbaycanı qitə çempionatında Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva,...

Martın 18-də Monteneqronun Petrovaç şəhərində qadın şahmatçılar arasında şəxsi Avropa çempionatına start veriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 11 turdan ibarət qitə çempionatında 35 ölkə iştirak edəcək.

Azərbaycanı qitə çempionatında Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Xəyalə Abdulla, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova, Mələk İsmayıl, Nazlı Hümbətova və Lalə Hüseynova təmsil edəcək.

Avropa çempionatının ümumi mükafat fondu 60 min avro təşkil edir.

Qitə çempionatına martın 29-da yekun vurulacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

İqtisadiyyat üzrə jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…