Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Avropa çempionatı: Azərbaycanın şahmat millisi növbəti qələbəsini qazanıb

1 dəq
Paylaş:
Avropa çempionatı: Azərbaycanın şahmat millisi növbəti qələbəsini qazanıb

Kişi şahmatçılardan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, , Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlinin yer aldığı kollektivi bu dəfə Polşadan üstün olub - 2.5:1.5.

Daha əvvəl Slovakiyaya (3:1) qalib gələn və Çexiya (2:2) ilə bərabərə qalan komanda hazırda 5 xalla üçüncü pillədədir.

Qadınlardan ibarət milli isə bu dəfə heç-heçəyə razılaşıb. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevadan ibarət kollektiv Fransa ilə xalları yarı bölüb - 2:2.

Əvvəlki görüşlərdə Sloveniya (4:0) və Macarıstandan (2.5:1.5) üstün olan komanda 5 xalla dördüncüdür.

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən oktyabrın 14-dək davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax