Operativ Məlumat Mərkəzi

Ata Abdullayev əfv üçün müraciət edib

1 dəq
Paylaş:
Ata Abdullayev əfv üçün müraciət edib
bununla bağlı Prezident yanında Əfv Məsələləri Komissiyasına müraciət edilib. Xatırladaq ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX)...

Həbsdə olan bloger Ata Abdullayev əfv olunmasını istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" APA-ya istinadən xəbər verir ki, bununla bağlı Prezident yanında Əfv Məsələləri Komissiyasına müraciət edilib.

Xatırladaq ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2021-ci ilin mart ayında həbs olunub. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü il 7 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər