Əsas məzmuna keç

Astara gömrüyündə 61 kiloqram narkotik aşkarlanıb

Astara gömrüyündə 61 kiloqram narkotik aşkarlanıb

DGK İrandan Rusiyaya qarpız daşıyan yük maşınında külli miqdarda marixuana müsadirə etdi. Kinoloji xidmət itlərinin tapdığı gizli yükün detalları məlum olub.

en ru

Dövlət Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində xüsusilə külli miqdarda aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Komitəyə istinadən xəbər verir ki, narkotik vasitə “Cənub-Astara” gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “təzə ” yükü daşıyan vasitəsində aşkar edilib.

Yük avtomobili stasionar rentgen qurğusunda yoxlanılarkən şübhəli cizgilər müşahidə olunub. Bundan sonra kinoloji xidmət itinin tətbiqi ilə nəqliyyat vasitəsinə əsaslı gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin qoşqusunda yerləşdirilən 92 ədəd paletdə, gömrük nəzarətindən gizlədilmiş vəziyyətdə, qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 61 kiloqram olan marixuana aşkarlanıb. Aşkar edilən narkotik vasitə xüsusilə külli miqdarda qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…