Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Məşhur milyarder 17-ci mərtəbədən yıxılaraq öldü

2 dəq
Paylaş:
Məşhur milyarder 17-ci mərtəbədən yıxılaraq öldü

Böyük Britaniyanın məşhur onlayn moda pərakəndə satıcısı "ASOS" şirkətinin həmtəsisçilərindən biri olan Taylandda faciəvi şəkildə dünyasını dəyişib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 58 yaşlı milyarderin Pattayada hündürmərtəbəli yaşayış binasının 17-ci mərtəbəsindəki mənzilinin eyvanından düşdüyü bildirilir.

Hadisə şahidlərinin xəbərdarlığından sonra əraziyə çoxlu sayda polis və təcili yardım briqadası cəlb olunub.

Milyarderin cansız bədəni binanın aşağı hissəsindəki beton zəmində aşkar edilib. Faktla bağlı dərhal araşdırmalara başlanılıb.

İstintaq materiallarına görə, vəfat ərəfədə keçmiş həyat yoldaşı ilə ciddi hüquqi münaqişə içində olub.

Keçmiş həyat yoldaşının birgə idarə olunan şirkətdən 500 min funt-sterlinq götürdüyü iddia edilir. Ötən il qadının Qriffitsin xəbəri olmadan torpaq sahələrini və şirkət səhmlərini satmaq üçün saxta sənədlər hazırladığı şübhəsi ilə saxlanıldığı bildirilir. Hadisə yerində aparılan ilkin baxış zamanı mənzildə hər hansı mübarizə və ya zorla daxilolma izi tapılmayıb.

Polis rəsmiləri hadisənin bütün versiyalarını, o cümlədən cinayət ehtimalını araşdırır. Kventin Qriffitsin dəqiq ölüm səbəbi genişmiqyaslı ekspertiza rəyindən sonra bəlli olacaq.

Qeyd edək ki, Kventin Qriffits 2000-ci ildə Nik Robertson və Endryu Reqan ilə birlikdə "ASOS" brendinin əsasını qoyub və 2005-ci ilə qədər şirkətdə fəaliyyət göstərib. Kiçik bir müəssisə kimi işə başlayan "ASOS" illər keçdikcə 3 milyard funt-sterlinq dəyərində qlobal nəhənginə çevrilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax