Əsas məzmuna keç

"ASAN Xidmət"ə yeni səlahiyyət verilib

"ASAN Xidmət"ə yeni səlahiyyət verilib

Prezident İlham Əliyevin fərmanı ilə Agentliyin fəaliyyət dairəsi genişləndi. Vətəndaşlar üçün yaradılan yeni imkanın təfərrüatları və mühüm dəyişikliklər xəbərdə.

ru en

İlham Əliyev "Dövlət xidmətləri haqqında" 31 oktyabr 2025-ci il tarixli qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə 3 dekabr 2025-ci il tarixli fərmanında dəyişiklik edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyinə və Prezident yanında Vətəndaşlara və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ("ASAN Xidmət") yeni verilib.

Belə ki, dövlət xidmətinin istifadəçisi üçün vahid nəticənin yaranmasına səbəb olan hər hansı bir inzibati icraat fərqli xidmət təminatçıları tərəfindən təmin edilən bir neçə dövlət xidmətindən ibarətdirsə, həmin dövlət xidmətləri İqtisadiyyat Nazirliyi, vahid xidmət mərkəzlərində isə "ASAN Xidmət" tərəfindən əlaqələndirilməklə formalaşdırılmalıdır.

Bundan başqa, dövlət xidmətinin göstərilməsi ilə əlaqədar həmin xidmət üzrə xidmət təminatçısından əlavə sahibkarlıq fəaliyyəti ilə məğul olan fiziki və hüquqi şəxslər tərəfindən əlavə xidmətlər göstərilirsə, həmin fiziki və hüquqi şəxslərin siyahısı xidmət təminatçısının və "ASAN Xidmət"in müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet informasiya ehtiyatında yerləşdirilir və aktuallığı təmin edilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…