“Arsenal” avrokubokların tarixində ardıcıl azı 20 matçda məğlub olmayan üçüncü İngiltərə klubu olub. Opta statistik xidmətinin məlumatına görə, London təmsilçisi bu göstəriciyə Çempionlar Liqasının ümumi mərhələsinin beşinci turunda çatıb.
Mikel Artetanın komandası noyabrın 24-də Dortmund “Borussiya”sı ilə 1:1 hesablı heç-heçə edib. Bununla “Arsenal”ın məğlubiyyətsiz seriyası 20 görüşə yüksəlib. Bu müddətdə komanda penaltilər seriyası nəzərə alınmadan 14 qələbə qazanıb və 6 dəfə heç-heçə edib.
Bu göstəriciyə daha əvvəl yalnız “Mançester Siti” və “Mançester Yunayted” nail olmuşdu. “Mançester Siti” 2022–2024-cü illərdə 26, “Mançester Yunayted” isə 2007–2009-cu illərdə 25 matç ardıcıl məğlub olmayıb.