Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ermənistan KTMT-dən çıxır? - Mirzoyan ödənişin niyə edilmədiyini dedi

2 dəq
Paylaş:
Ermənistan KTMT-dən çıxır? - Mirzoyan ödənişin niyə edilmədiyini dedi

Kollektiv Müqaviləsi Təşkilatına (KTMT) 2025-ci il üçün üzvlük haqqını ödəməyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ermənistanın naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı məlumat verib.

Nazirin sözlərinə görə, ödənişin həyata keçirilməməsinin səbəbi Ermənistanın təşkilatda faktiki iştirak etməməsidir.

“Üzvlük haqqını sadəcə təşkilatda iştirak etməməyimizin sadə səbəbi ilə ödəmədik”, - deyə Mirzoyan bildirib.

Qeyd edək ki, 2024-cü il yanvarın 1-dən KTMT-dəki iştirakını dondurub və təşkilat çərçivəsində fəaliyyətini minimuma endirib.

Nikol Paşinyan daha əvvəl Ermənistanın KTMT-də iştirakını genişləndirməyi planlaşdırmadıqlarını bəyan edib.

Rusiya Prezidenti Vladimir Putin isə Ermənistanın KTMT ilə bağlı iradlarının həll edilməli olduğunu bildirib və bu məsələnin daxili siyasi mübahisələrə çevrilməməsinin vacibliyini vurğulayıb.

Paşinyan isə Ermənistanın 2022-ci il hadisələri fonunda KTMT-nin öhdəliklərinə reaksiya verməməsinə görə təşkilatdakı iştirakın faktiki dayandırıldığını qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax