Operativ Məlumat Mərkəzi

Argentinada rekord yoxsulluq qeydə alınıb

2 dəq
Paylaş:
Argentinada rekord yoxsulluq qeydə alınıb
bu son 20 ilin ən yüksək göstəricisi hesab olunur. Hesabata görə, Argentinanın yeni prezidenti seçilən Xavyer Miley tərəfindən pesonun devalvasiyası və...

Argentinada yoxsulluq səviyyəsi yanvarda 57,4 faizə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu son 20 ilin ən yüksək göstəricisi hesab olunur.

Hesabata görə, Argentinanın yeni prezidenti seçilən Xavyer Miley tərəfindən pesonun devalvasiyası və sonradan qiymət artımı yoxsulluq vəziyyətinin pisləşməsinə səbəb olub.

2023-cü ilin sonunda yoxsulluq səviyyəsi 49,5% olub, yanvarda isə rekord səviyyəyə - 57,4%-ə yüksəlib. Hesabatda həmçinin qeyd olunub ki, ölkə üzrə ən azı 27 milyon insan yoxsulluq içində yaşayır, daha 9 milyon nəfər isə (ümumi 47,3 milyon əhalidən) həddindən artıq yoxsulluq içərisindədir.

Dekabrın 10-da vəzifəyə gələn Argentinanın yeni prezidenti ultra-liberalist Xavyer Miley maliyə kəsirini aradan qaldırmaq üçün xərcləri azaltmaq məqsədilə bir sıra tədbirlər həyata keçirib, ölkə iqtisadiyyatını liberallaşdırmaq üçün 300-dən çox fərman imzalayıb. O, iqtisadi böhranı aradan qaldırmaq üçün “aylarla ağrıya” dözməyin lazım olduğu barədə xəbərdarlıq edib.

Radikal tədbirlərə pesonun 50%-lik inflyasiyası ilə yanaşı, nazirliklərinin sayının 18-dən 9-a endirilməsi, vilayət hökumətlərinə yardımın məhdudlaşdırılması, bəzi dövlət işlərinin ləğv edilməsi, qaz və işığa görə subsidiyaların dayandırılması və bəzi vergilərin artırılması daxildir.

Radikal islahatlar ölkədə ətin və benzinin 50 faiz bahalaşmasına səbəb olub.

Bundan başqa, əhalinin etirazlarına səbəb olan daha bir dəyişiklik əmək qanunlarına edilib. İşə qəbul üçün sınaq müddəti səkkiz aya qədər artırılıb, 12 saatlıq iş gününə icazə verilib, məzuniyyət və işdən çıxarılma ilə bağlı kompensasiyalar azaldılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər