Operativ Məlumat Mərkəzi

Argentinada pensiyaçılar etiraz aksiyaları keçirib

2 dəq
Paylaş:
Argentinada pensiyaçılar etiraz aksiyaları keçirib
daha əvvəl prezident Xavyer Mileyin veto qoyduğu qanun layihəsi konqresdən keçə bilməyib. Ümumilikdə 153 deputat prezidentin veto qoyduğu qanunun əleyinə...

Argentinada pensiyaçılar hökumətin təqaüdlərin artırılmasını nəzərdə tutan qanun layihəsini ləğv etməsinə cavab olaraq etiraz aksiyaları keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl prezident Xavyer Mileyin veto qoyduğu qanun layihəsi konqresdən keçə bilməyib.

Ümumilikdə 153 deputat prezidentin veto qoyduğu qanunun əleyinə səs verib, 87 nəfər vetoya qarşı çıxıb və qanun layihəsinin lehinə səs verib, 8 nəfər isə bitərəf qalıb.

Təqaüdlərin artırılmasını ehtiva edən qanuna Miley tərəfindən qoyulan vetonun etibarlılığını itirməsi üçün isə 166 deputatın səsi lazım olduğundan, qanun layihəsi qəbul edilməyib.

Səsvermə zamanı təqaüdçülər, həmkarlar ittifaqı və ictimai təşkilatların üzvləri Konqres yaxınlığında inflyasiyanın illik 236% ətrafında olduğu bir vaxtda pensiyaların artırılmasını tələb ediblər.

Onlar mövcud şərtlərdə ölkədə yaşamağın qeyri-mümkün olduğunu, aylardır evə ümumiyyətlə ət ala bilmədiklərini deyiblər.

Qəzəbli etirazçılar konqres binasına yaxınlaşaraq qapıları sındırmağa çalışıblar, pəncərələrə əşyalar atıblar. Bu zaman polislə aksiya iştirakçıları arasında güclü toqquşma yaşanıb. Polis zor tətbiq edərək iştirakçıları ərazidən uzaqlaşdırıb.

Prezidentin rədd etdiyi qanun layihəsində ilin əvvəlində kəskin bahalaşma nəticəsində alıcılıq qabiliyyətinin itirilməsini kompensasiya etmək üçün pensiyaların artırılması ilə yanaşı, onun aylıq inflyasiyaya uyğun olaraq avtomatik yenilənməsi nəzərdə tutulurdu.

Ölkədə minimum aylıq pensiya 225.000 peso (231 dollar) təşkil edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər