Argentina millisi oktyabrın 4-də Buenos-Ayresdə Burkina-Faso yığması ilə yoxlama oyunu keçirib. “Monumental” stadionunda baş tutan qarşılaşma argentinalıların 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Argentina ilk hissədə beş qol vurub. Lautaro Martinez 4-cü, Canluka Prestiani 12-ci, Nikolas Pas 35-ci, Xulian Alvares isə 36-cı dəqiqədə fərqlənib. 8-ci dəqiqədə Burkina-Faso müdafiəçisi Mumuni Diallonun öz qapısına vurduğu qol hesabı 2:0 edib.
İkinci hissədə Franko Mastantuono 57-ci dəqiqədə, Culiano Simeone isə əlavə olunmuş 3-cü dəqiqədə qollara imza atıb. Matçın baş hakimi çilili Xose Kabrero olub.
Argentina yığması növbəti yoxlama oyununu oktyabrın 7-də evdə Benin millisinə qarşı keçirəcək. Bakı vaxtı ilə saat 03:00-da başlayacaq görüşdən sonra Burkina-Faso komandası noyabr ayınadək oyun keçirməyəcək.