AREA Yaponiya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

AREA Yaponiya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
24.06.2023 09:27
Aa
dəq

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA) və Yaponiyanın "Komaihaltec" şirkəti arasında bərpa olunan enerji layihələrinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə AREA-dan məlumat verilib.

Bildirilib ki, AREA-nın direktoru Cavid Abdullayev "Komaihaltec" şirkətinin nümayəndələri ilə görüşüb. Görüşdə Yaponiya ilə enerji sahəsində əməkdaşlıq imkanlarının uğurla davam etdiyi bildirilib. Bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə olunub.

Sənədə əsasən, Azərbaycanın dağlıq rayonlarının kəndlərində bərpa olunan enerji mənbələrinin tətbiqi ilə hibrid elektrik enerjisinin istehsalından istifadə etməklə optimal elektrik və istilik təchizatı sisteminin layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması nəzərdə tutulur.

Həftənin ən çox oxunanları