Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduroya Türkiyəyə getmək imkanı təklif etməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
“Operativ Məlumat Mərkəzi-OMM” TRT Haber telekanalına istinadən xəbər verir ki, dövlət başçısı bu barədə açıqlamasında belə bir təklifin olmadığını bildirib.
“Bizə belə bir məlumat daxil olmayıb, belə bir şey olmayıb”, – deyə Ərdoğan vurğulayıb.
Qeyd edək ki, daha əvvəl “New York Times” qəzeti ABŞ hakimiyyətinin dekabrın 23-də Nikolas Maduroya Türkiyəyə səfər təklif etdiyini, lakin Venesuela liderinin bu təklifi “qəzəblə rədd etdiyini” yazmışdı.