İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Tramp İslam Respublikasına qarşı silahlı təcavüzünün səhvini etiraf edənə qədər İranın mübarizəni davam etdirəcəyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O yazıb ki, “qüdrətli ordumuz ABŞ Prezidenti həm amerikalılara, həm də iranlılara qarşı tətbiq etdiyi qanunsuz müharibənin səhv olduğunu və bunun heç vaxt təkrarlanmamalı olduğunu anlayana qədər döyüşməyə davam edəcək”.
Əraqçi əlavə edib ki, ABŞ hücumlarının qurbanları da müvafiq kompensasiya almalıdırlar.