Əsas məzmuna keç

İranın Tehran əyalətində 22 təcili yardım stansiyası dağıdıldı

İranın Tehran əyalətində 22 təcili yardım stansiyası dağıdıldı

ABŞ və İsrailin Tehran hücumları tibbi infrastrukturu iflic etdi. Məhəmməd İsmail Təvakoli ölən və yaralananlar, sıradan çıxan texnikalar barədə acı faktları açıqladı.

ru en

və İsrailin hücumları nəticəsində əyalətində təcili infrastruktur ciddi zərər görüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, Tehran əyalətinin təcili yardım xidmətinin rəhbəri İsmail Təvakoli bildirib ki, hücumlar nəticəsində əyalətdə ən azı 22 təcili yardım stansiyası zədələnib.

Onun sözlərinə görə, eyni zamanda 21 təcili yardım avtomobili məhv edilib.

Təvakoli əlavə edib ki, ABŞ və İsrailin Tehran əyalətinə endirdiyi zərbələr nəticəsində bir təcili yardım əməkdaşı həlak olub, 51 nəfər isə yaralanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…