Portuqaliyada dövlət başçısı postu uğrunda keçirilən seçkilər başa çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ikinci tur səsvermənin nəticələrinə əsasən, "Sosialist Partiyası"nın (PS) namizədi Antonio Joze Sequro seçicilərin 66,2 faizinin dəstəyini qazanaraq ölkənin yeni prezidenti seçilib.
Onun rəqibi, ifrat sağçı "Chega" partiyasının lideri Andre Ventura isə 33,8 faiz səs toplayaraq məğlub olub.
İki müddət vəzifədə olan Marselo Rebelo de Sousanın qanunvericiliyə görə yenidən namizəd ola bilmədiyi seçkilərdə 11 milyondan çox seçici səsvermə hüququndan istifadə edib.
Xatırladaq ki, yeni seçilmiş prezident yaxın günlərdə and içərək rəsmən fəaliyyətə başlayacaq.