Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Antonio Kosta: Hörmüz boğazında diplomatiya yeganə yoldur

2 dəq
Paylaş:
Antonio Kosta: Hörmüz boğazında diplomatiya yeganə yoldur

Avropa Şurası prezidenti boğazı ilə bağlı diplomatiyaya çağırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə EFE məlumat yayıb.

Bildirilib ki, Hörmüz boğazında düşmənçiliyin qarşısını almağın və naviqasiya azadlığını təmin etməyin yeganə yoludur” deyə bildirib.

Kosta qeyd edib ki, münaqişə hüquqi qayda üçün ciddi təhlükə yaradaraq Avropa İttifaqında enerji qiymətlərinin kəskin artmasına səbəb olub. Onun sözlərinə görə, vəziyyət eyni zamanda miqrasiya və terror təhdidləri baxımından Avropa təhlükəsizliyinə də risk yaradır.

O əlavə edib ki, ABŞ və İsrail müttəfiqləri ilə əvvəlcədən məsləhətləşmədən İrana zərbə endirmək qərarına gəliblər. Kosta vurğulayıb ki, bu münaqişə bütün Yaxın Şərqdə sabitliyə ciddi təhdid yaradır.

Avropa Şurası prezidenti bütün tərəfləri təmkinli olmağa, hərbi əməliyyatları dayandırmağa və diplomatiyaya üstünlük verməyə çağırıb. O bildirib ki, bu yanaşma həm də Hörmüz boğazında naviqasiya və ticarət azadlığının təmin edilməsinə kömək edə bilər.

Qeyd olunub ki, ABŞ-İsrail hücumları və İranın cavab addımları fonunda boğazdan gəmiçilik faktiki olaraq dayanıb. Dünya neft tədarükünün təxminən 20%-i bu marşrutdan keçdiyindən enerji qiymətlərində kəskin artım müşahidə olunur.

Afət Ziyadqızı

Jurnalist

Afət Ziyadqızı — 10 ildən artıq təcrübəyə malik peşəkar jurnalist və media mütəxəssisidir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Siyasi...

Bütün yazılar

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax