Əsas məzmuna keç

Anthony Albanese müharibənin iqtisadi şoku barədə xəbərdarlıq etdi

Anthony Albanese müharibənin iqtisadi şoku barədə xəbərdarlıq etdi

Avstraliya lideri Anthony Albanese Yaxın Şərqdəki gərginliyin neft bazarına təsirini açıqladı. Yanacaq qiyməti və təchizat zəncirindəki böhranla bağlı mühüm xəbərdarlıq.

en ru

Avstraliyanın Baş naziri Anthony və İsrailin İrana hücumları ilə başlayan müharibənin iqtisadi təsirinin ölkədə aylarla davam edəcəyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

O, xalqa müharibə səbəbilə təchizat zəncirinin pozulması nəticəsində yanacaq qiymətlərinin artması ilə bağlı xəbərdarlıq edib.

Yaxın Şərqdəki müharibənin neft qiymətlərində ciddi artıma səbəb olduğunu xatırladan Albanese bildirib ki, bu müharibəyə daxil olmasa da, avstraliyalılar daha yüksək qiymətlər ödəyir.

“Həqiqət budur ki, bu müharibənin yaratdığı iqtisadi şok aylarla bizimlə olacaq”, - Albanese deyib.

O qeyd edib ki, Milli Kabinet martın 30-da “Milli Yanacaq Təhlükəsizliyi Planı”nı təsdiqləyib və yanacaq vergisi iki dəfə azaldılıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…