Ankarada iyunun 10-dan sentyabrın 30-dək milli parklar, istirahət zonaları və təbiət parkları istisna olmaqla, meşələrə giriş qadağan edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Valilikdən verilən yazılı açıqlamada bildirilib ki, küləş yandırılması, tarla işləri, üzüm bağlarının və bağların təmizlənməsi, zibillərin yandırılması, elektrik naqillərində nasazlıqlar, pikniklər, şimşək çaxması, qəsd, səhlənkarlıq və ya ehtiyatsızlıq nəticəsində yaranan meşə yanğınlarının qarşısının alınması məqsədilə bəzi qərarlar qəbul edilib.
Bəyanatda, həmçinin meşə sahəsinə yaxın olan obyekt və sənaye müəssisələrinin meşə sahələrinə təsir göstərə biləcək hər hansı fəaliyyət nəticəsində baş verə biləcək yanğın riskinə qarşı bütün qabaqlayıcı tədbirləri görəcəyi də vurğulanıb.