Əsas məzmuna keç

Andres İnyesta 600 min dollarlıq fırıldaqçılıqda ittiham olunur

Andres İnyesta 600 min dollarlıq fırıldaqçılıqda ittiham olunur

İspaniya futbolunun əfsanəsi İnyesta bu dəfə futbolla deyil, hüquqi qalmaqalla gündəmə gəlib. prokurorları keçmiş futbolçunu 600 min dollardan çox məbləğdə fırıldaqçılıqda ittiham edirlər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ittihamlar İnyestanın sahibi olduğu əyləncə şirkəti və onun Cənubi Amerikadakı törəmə müəssisəsi ilə bağlıdır.

Prokurorluğun məlumatına görə, İnyestanın adı və imici investorları cəlb etmək üçün istifadə olunub. vəsaitlər isə reallaşmayan konsertlərə və futbol tədbirlərinə yönəldilib.

Planlaşdırılan tədbirlər arasında Peru–İspaniya əfsanələr oyunu, pop musiqi festivalı və beynəlxalq yoldaşlıq matçı da yer alıb. Lakin bu layihələrdən yalnız biri baş tutub və maliyyə uğursuzluğu ilə nəticələnib.

İddialara görə, İnyestanın adı “yem” kimi istifadə edilib və toplanan pullar yoxa çıxıb.

İnyesta isə bütün ittihamları rədd edib, yayılan xəbərləri “pis niyyətli” adlandırıb:

“Mən Peru ədalətinə inanıram və bu məsələnin qısa zamanda aydınlaşacağına ümid edirəm,” – deyə o bildirib.

Hadisənin zərərçəkənlərindən biri İvan Petrozzi isə yerli televiziya kanalına açıqlamasında qeyd edib ki, onlar İnyestanın 2023-cü ildə elan etdiyi “Never Say Never Sudamérica” şirkəti ilə müqavilə imzalayıblar və ümumilikdə 600 min dollar investisiya yatırdıqlarını bildiriblər.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 08.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…