Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

FİFA DÇ-2026 üçün rekord mükafat fondunu təsdiqlədi

2 dəq
Paylaş:
FİFA DÇ-2026 üçün rekord mükafat fondunu təsdiqlədi

FİFA 2026-cı il Dünya Kuboku ilə bağlı milli komandalar üçün ödənişlərin artırılacağını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Bildirilib ki, qərar milli futbol assosiasiyalarının turnirə hazırlıq xərclərinin yüksək olması ilə bağlı təzyiqləri fonunda qəbul edilib.

Qeyd olunub ki, 2025-ci ilin dekabrında FİFA Şurası ümumilikdə 727 milyon təsdiqləyib. Bu məbləğ turnirdə iştirak edəcək 48 komandanın hər birinə ən azı 10,5 milyon təmin edir.

Məlumata görə, bir sıra federasiyalar ABŞ, Kanada və Meksikada keçiriləcək turnirdə səyahət, yaşayış və vergi xərclərinin yüksək olmasının gəlirləri azalda biləcəyini bildirib.

Bildirilib ki, bu səbəbdən FİFA 28 apreldə Vankuverdə keçiriləcək şura iclasında əlavə maliyyələşdirmə məsələsini müzakirə edəcək.

Qeyd edilib ki, təşkilat həm iştirakçı komandalara birbaşa ödənişlərin artırılması, həm də 211 milli federasiya üçün inkişaf proqramlarının genişləndirilməsi imkanlarını nəzərdən keçirir.

Məlumata əsasən, 2026-cı il Dünya Kuboku tarixdə ilk dəfə üç ölkədə — ABŞ, Kanada və Meksikada keçiriləcək və 48 komandanın iştirakı ilə baş tutacaq. Turnir 11 iyun – 19 iyul tarixlərində keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax