Anar Məmmədov: “STAR NEZ-in illik xam neft emal gücü artırılacaq”

Anar Məmmədov: “STAR NEZ-in illik xam neft emal gücü artırılacaq”
12.05.2023 13:12
Aa
dəq

Bu il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR Neft Emalı Zavodu illik xam neft emal gücünü 12 milyon tona çatdırmağı planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" STAR-ın da daxil olduğu "Petkim Petrokimya Holding"in Baş direktoru Anar Məmmədova istinadən xəbər verir ki, 2022-ci ildə bu həcm 11,3 milyon ton təşkil edib.

Anar Məmmədovun sözlərinə görə, hasilatın həcmi artsa da, neft-kimya kompleksinin və SOCAR-ın neft emalı zavodunun payı azalır: “Bu, Türkiyə sənayesinin sürətlə inkişaf etməsi ilə bağlıdır”.

Baş direktor 2024-cü ildə STAR zavodunun 45-65 gün müddətinə planlı təmirə bağlanacağını bildirib. O qeyd edib ki, müəssisədə növbəti təmir işləri 2029-cu ildən tez olmayacaq.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavodun illik xam neft emal gücü 10 milyon tondan bu il 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

Həftənin ən çox oxunanları

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb
DAVAMIN OXU davamın oxu

Dünya birjalarında neft bahalaşıb

Dünya birjalarında neft bahalaşıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan nefti cüzi bahalaşıb

Azərbaycan nefti cüzi bahalaşıb
DAVAMIN OXU davamın oxu