Əsas məzmuna keç

Qəzaya uğrayan təyarrənin içində olan bütün şəxslər öldü

Qəzaya uğrayan təyarrənin içində olan bütün şəxslər öldü

Rusiyanın Amur vilayətində radarlardan itən təyyarənin qalıqları tapılıb. Bununla bağlı Rusiya KİV məlumat yayıb. Bildirilib ki, ilkin məlumata görə,...

Rusiyanın Amur vilayətində radarlardan təyyarənin qalıqları tapılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı KİV məlumat yayıb.

Bildirilib ki, ilkin məlumata görə, təyyarədə olan 49 şəxsin hamısı həlak olub.

Rusiyanın Amur vilayətində An-24 sərnişin təyyarəsi ilə rabitə kəsilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb..

“‘Angara’ aviaşirkətinə məxsus An-24 təyyarəsi Tındı şəhərinin hava limanından bir neçə kilometr aralıda yerləşən nəzarət məntəqəsində rabitəyə çıxmayıb.

Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib ki, təyyarədə 43 sərnişin olub.

Onlardan 5-i uşaq, 6 nəfəri isə ekipaj üzvü olub.

Təyyarə marşrut üzrə Xabarovsk – Blagoveşensk – Tında xətti üzrə hərəkət edirmiş.

Qeyd olunub ki, Amur vilayətində itən An-24 sərnişin təyyarəsi havada heç bir problem siqnalı verməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…