Almaniya hökuməti yanvarın 1-dən iyunun 18-dək 7,48 milyard avro dəyərində silah ixracına icazə verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu rəqəm 2023-cü ilin birinci yarısı ilə müqayisədə 30 faiz artımdan xəbər verir.
İxracın 65 faizi - dəyər ifadəsində 4,88 milyard avroluq silah-sursatın Ukraynaya satılması nəzərdə tutulub.
Almaniya eləcə də Səudiyyə Ərəbistanı, Sinqapur, Hindistan və Qətərə silah ixracını planlaşdırır.
Xatırladaq ki, Rəsmi Berlin 2023-cü ildə xaricə təxminən 12,2 milyard avroluq silah və hərbi texnikanın satışını təsdiqləmişdi.