Drezden polisi Almaniyanın sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının deputatını və Avropa Parlamentinin üzvü Maksimilian Kraxın köməkçisini Çinin xeyrinə casusluq etməkdə şübhəli bilinərək saxlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bild" məlumat verib.
Almaniya hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan şəxs Avropa Parlamentinin fəaliyyəti ilə bağlı məlumatları Çinə ötürüb.