Almaniyadan deportasiya edilmiş Ermənistan vətəndaşlarını gətirən yeni reys İrəvana çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bu, cari ilin əvvəlindən Almaniyadan həyata keçirilən yeddinci belə reysdir. Deportasiya edilmiş Ermənistan vətəndaşlarının sayı barədə məlumat yoxdur.
Qeyd edək ki, əvvəlki reys oktyabrda həyata keçirilib.