Əsas məzmuna keç

Azərbaycanla Serbiya arasında bu məsələlər müzakirə olunub

Azərbaycanla Serbiya arasında bu məsələlər müzakirə olunub

Azərbaycanla Serbiya arasında hava hücumundan müdafiə sistemlərinə qarşı qorunma yolları müzakirə olunub. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə...

en ru

Azərbaycanla arasında hava hücumundan müdafiə sistemlərinə qarşı qorunma yolları müzakirə olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanla Serbiya müdafiə nazirlikləri arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda "Pilotsuz sistemlərin və bölmələrin hazırlıq səviyyəsinin təmin edilməsi üzrə görüşü" keçirilib.

Görüşdə ölkələrin silahlı qüvvələrində mövcud olan pilotsuz uçuş sistemləri barədə ətraflı məlumat verilib, insansız qüvvələrin təşkili, həmçinin texniki xidmət istiqamətlərində geniş fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, pilotsuz uçuş sistemlərinin tətbiqi imkanları, radioelektron mübarizə və hava hücumundan müdafiə sistemlərinə qarşı effektiv qorunma yolları müzakirə olunub, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Qeyd edək ki, ekspert görüşü iki ölkə arasında pilotsuz uçuş sistemləri sahəsində qarşılıqlı təcrübə mübadiləsi və döyüş hazırlığının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…