Operativ Məlumat Mərkəzi

Almaniyadakı beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastlarının adları açıqlanıb

1 dəq
Paylaş:
Almaniyadakı beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastlarının adları açıqlanıb
Oktyabrın 25-də Almaniyanın Kotbus şəhərində start götürəcək batut gimnastikası üzrə “GymCity Open” beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan...

Oktyabrın 25-də Almaniyanın Kotbus şəhərində start götürəcək batut gimnastikası üzrə “GymCity Open” beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Üç gün davam edəcək yarışda fərdi gimnastlar Hüseyn Abbasov, Nicat Mirzəyev, Əli Niftəliyev, Ammar Baxşalıyev, Fərhad Mustafayev, Ömər Qasımlı mübarizə aparacaqlar.

Sinxron çıxışlarda isə Hüseyn Abbasov - Nicat Mirzəyev, Əli Niftəliyev - Ammar Baxşalıyev və Fərhad Mustafayev - Ömər Qasımlı cütlükləri bacarıqlarını göstərəcəklər.

Onlara məşqçilər Vladimir Şulikin və Abdulla Qasımov rəhbərlik edəcək.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər