Almaniya Dövlət Qulluğu Assosiasiyası (DBB) 2000-dən çox insandan dövlət xidmətlərinin nüfuzu ilə bağlı sorğu keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, respondentlərin yalnız 27 faizi hökumətin öz mandatını yerinə yetirə biləcəyinə inanır.
Sorğu iştirakçıları Almaniya hökumətinin immiqrasiya, təhsil, iqlim və ətraf mühit siyasətlərində ən çox çətinlik çəkdiyini düşünürlər.
Almaniya Dövlət Qulluğu Assosiasiyasının prezidenti Ulrix Silberbax mətbuat konfransındakı çıxışında “dövlətə inamın azaldığını və bu vəziyyətin narahatlıq doğurduğunu” bildirib.
Qeyd olunub ki, nəticələr ötən illə müqayisədə aşağıdır.