Operativ Məlumat Mərkəzi

Almaniya Ukraynanı silahlarla təmin etməkdə davam edir

1 dəq
Paylaş:
Almaniya Ukraynanı silahlarla təmin etməkdə davam edir

Berlin Kiyevə "IRIS-T SLS" hava hücumundan müdafiə sistemi, artilleriya mərmiləri, pilotsuz uçuş aparatları və digər silahlar çatdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytı məlumat yayıb.

Son paketdə "IRIS-T SLS" zenit-raket kompleksindən əlavə 14 min 155 mm-lik artilleriya mərmisi, 10 yerüstü PUA, ehtiyat hissələri ilə birlikdə 26 Vektor kəşfiyyat PUA, 6 HMEE yükləyicisi və "Bergepanzer" 2 zirehli maşını, 700 ədəd MK 556 avtomat tüfəngi, 10 ədəd HLR 338 markalı snayper tüfəngi, 50 ədəd CR 308 tüfəngi, 55 min ədəd ilkin tibbi yardım çantası və partlayıcı maddələrin zərərsizləşdirilməsi üçün avadanlıq var.

Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür. Berlin indiyədək Kiyevin hərbi dəstəyi və gələcək xərclər üçün 28 milyard avroya yaxın vəsait ayırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər