Operativ Məlumat Mərkəzi

Almaniya ukraynalı hərbçilərin iştirakı ilə təlimlərə başlayıb

1 dəq
Paylaş:
Almaniya ukraynalı hərbçilərin iştirakı ilə təlimlərə başlayıb

Almaniya “Patriot” hava hücumundan müdafiə sistemlərinin də cəlb olunduğu hərbi təlimlərə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in “Deutsche Welle”yə istinadən xəbərinə görə, bunu ölkənin müdafiə naziri Boris Pistorius Litvalı həmkarı ilə görüşdən sonra bildirib.

O söyləyib ki, ölkəsi yaxın vaxtlarda Ukraynaya əlavə bir ədəd hava hücumundan müdafiə kompleksi, hava-hava tipli “IRIS-T” raket sistemləri, “Gepard” zenit-raket kompleksi, eləcə də artilleriya qurğuları və digər növdə sursatlar göndərəcək.

Nazirin sözlərinə görə, bu məqsədlə ukraynalı hərbçilər də sözü gedən manevrlərə cəlb olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər