Almaniya Qəzzada humanitar fasilənin daha da uzadılmasını tələb edir

Almaniya Qəzzada humanitar fasilənin daha da uzadılmasını tələb edir
29.11.2023 18:33
Aa
dəq

Almaniya daha çox humanitar yardım göstərmək üçün Qəzzada humanitar fasilənin bir daha uzadılmasına çağırış edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Almaiya Xarici İşlər Nazirliyinin sözçüsü Sebastyan Fişer bildirib.

"Bizim fikrimizcə, Qəzzadakı insanlara təcili ehtiyac duyulan yardımı çatdıra bilməmiz üçün humanitar fasilə mümkün qədər uzun sürməlidir",- deyə rəsmi qeyd edib.

Fişer Qəzzadakı vəziyyətlə əlaqədar humanitar yardımın məbləğini 18 milyon avro artıracaqlarını da açıqlayıb.

Məqsədin Qəzzada dinc əhaliyə su, qida, dərman və geyim kimi əsas materialların verilməsi olduğunu bildirən Fişer Almaniyanın bu il Fələstin torpaqlarına etdiyi ümumi humanitar yardımın 179 milyon avroya yüksələcəyini də əlavə edib.

Həftənin ən çox oxunanları

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib
DAVAMIN OXU davamın oxu

Niderlandda bir qadının evtanaziyasına icazə verilib

Niderlandda bir qadının evtanaziyasına icazə verilib
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Slovakiyanın Baş naziri yaralanıb

Slovakiyanın Baş naziri yaralanıb
DAVAMIN OXU davamın oxu