Əsas məzmuna keç

Almaniya qəsdən adam öldürən şəxsi Azərbaycana təhvil verir

Almaniya qəsdən adam öldürən şəxsi Azərbaycana təhvil verir

Berlin rəsmi Bakının sorğusunu təmin etdi. Ağır cinayət törətməkdə şübhəli bilinən şəxsin ekstradisiya prosesi və Baş Prokurorluğun apardığı əməliyyatın detalları ilə tanış olun.

en ru

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya ediləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Gürcüstan vətəndaşı Elşən Şamilov Həsən oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniyanın səlahiyyətli orqanları tərəfindən təmin edilib.

"Belə ki, şəhərinin Nərimanov rayon prokurorluğunda ibtidai istintaqı aparılan üzrə Elşən Şamilovun Əfqan Əliyev və Hidayət Həsənovla qabaqcadan əlbir olaraq 30.07.1993-cü il tarixdə tamah məqsədilə mənzilə basqın edərək bir nəfəri qətlə yetirməsinə, daha sonra müxtəlif vaxtlarda qeyd olunan şəxslərə birgə digər cinayətləri törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu səbəbdən Elşən Şamilovun təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə barəsində 08.05.2025-ci il tarixdə İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu vasitəsilə axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ərazisində müəyyən edilərək saxlanılıb", - məlumatda qeyd olunub.

Hazırda Elşən Şamilovun Azərbaycana gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar tərəfindən tədbirlər görülür.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…