Operativ Məlumat Mərkəzi

Almaniya qaçqınlara 60 milyon avro ayıracaq

1 dəq
Paylaş:
Almaniya qaçqınlara 60 milyon avro ayıracaq

Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi Livandakı döyüşlər nəticəsində didərgin düşmüş insanlara yardımı artıracaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Bundestaqın Büdcə Komitəsi büdcədən 60 milyon avro məbləğində vəsait ayıracaq.

Nazirliyin məlumatına görə, 740 mindən çox insan Livana, 280 mindən çox insan Suriyaya qaçıb. Livanda çoxları sığınacaqlarda, yaşıl ərazilərdə, sahildə və ya küçələrdə yaşayır. Onların arasında yenidən qaçmağa məcbur olan çoxlu suriyalı qaçqınlar da var. Livanda demək olar ki, bütün məktəblər müvəqqəti yaşayış yeri kimi istifadə olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər