Bundestaq Almaniyanın 2026-cı il üçün Ukraynaya 11,5 milyard avro maliyyə yardımı nəzərdə tutan büdcə layihəsini təsdiqləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DPA məlumat yayıb.
Komitənin iclası təxminən 15 saat davam edib. Əvvəlcə Almaniya hökuməti Kiyevə yardım üçün 8,5 milyard avro xərcləməyi planlaşdırırdı, lakin hakim koalisiya sonda əlavə 3 milyard avro ayırmağa qərar verib.
Agentliyin məlumatına görə, bu vəsait artilleriya sursatlarının, pilotsuz təyyarələrin, zirehli personal daşıyıcılarının tədarükünə və iki “Patriot” hava hücumundan müdafiə sisteminin “əvəz edilməsinə” sərf olunacaq.
Almaniya Müdafiə Nazirliyi artıq bəyan edib ki, bu, Ukraynaya indiyə qədər büdcə ayırdığı ən böyük maliyyə yardımıdır.