Operativ Məlumat Mərkəzi

Almaniya Latviyaya beş qırıcı yerləşdirir

1 dəq
Paylaş:
Almaniya Latviyaya beş qırıcı yerləşdirir

Almaniya Baltik dənizi üzərində NATO hava məkanını qorumaq üçün Latviyaya beş “Eurofighter” qırıcısı yerləşdirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Hərbi Hava Qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, qırıcılar Noyburq-an-der-Donau şəhərindən havaya qalxıb və Riqanın cənub-şərqindəki Lielvarde hərbi aerodromuna çatmalıdır.

Onlar martın əvvəlindən noyabrın sonuna kimi Estoniya, Latviya və Litva üzərində NATO hava məkanını qoruyacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər