Əsas məzmuna keç

Allahşükür Paşazadə sabah Rusiyaya gedir

Allahşükür Paşazadə sabah Rusiyaya gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə sentyabrın 19-da Rusiyaya gedəcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Səfərdə məqsəd RF Müsəlmanları İdarəsinin sədri Şeyx Ravil Qaynutdinin dəvəti ilə sentyabrın 21-də Moskva şəhərində keçiriləcək “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın kimi” mövzusunda XX Beynəlxalq Müsəlman Forumunda iştirak etməkdir.

Budəfəki Forum Müsəlmanları Ruhani İdarəsinin 30, Müfti Şeyx Ravil Qaynutdinin dini fəaliyyətinin 40 illiyinə həsr olunur.

QMİ sədri forumda məruzə ilə çıxış edəcəkr.

Moskvaya səfər çərçivəsində Şeyxülislam A. Paşazadə Moskva və bütün Rusiya Patriarxı Kiril tərəfindən qəbul ediləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…