Allahşükür Paşazadə Cahit Bağçı ilə görüşüb

Allahşükür Paşazadə Cahit Bağçı ilə görüşüb
06.06.2024 17:20
Aa
dəq

İyunun 5-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, görüşdə ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi müstəvidə də münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub.

Türkiyənin ölkəmizdəki səfiri şeyxülislamı qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.

Şeyxülislam A.Paşazadə öz növbəsində səfiri və bütün Türkiyə xalqını Eydül-Əzha münasibətilə təbrik edib, bu şərafətli bayramın qardaş xalqlarımız, Türk dünyası, bütün dünya müsəlmanları üçün xeyirlərə vəsilə olması üçün dualar edib.

Söhbət zamanı QMİ sədri A. Paşazadə Türkiyə Diyanət İşləri Başkanı Ali Erbaşın dəvəti ilə ötən ay İstanbulda Dünya İslam alimlərinin yeni təsis olunan Məşvərət toplantısında iştirakını, Dolmabağça sarayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın toplantı iştirakçılarını qəbul mərasimində qardaş dövlətin başçısı ilə görüşünü məmnunluqla xatırlayıb.

Görüşdə dini-mənəvi müstəvidə qarşılıqlı maraq doğuran məsələlərdən danışılıb, perspektivlər müzakirə edilib.

Həftənin ən çox oxunanları

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu