Əsas məzmuna keç

Alimlər: "Neftçalada dənizkənarı ərazilər səhralaşa bilər"

Alimlər: "Neftçalada dənizkənarı ərazilər səhralaşa bilər"

Neftçala rayonunda dənizkənarı ərazilər səhralaşa bilər. Bioloqlar apardıqları tədqiqatlar nəticəsində bu qənaətə gəliblər. Bildirilib ki, Elm və Təhsil...

Neftçala rayonunda dənizkənarı ərazilər səhralaşa bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bioloqlar apardıqları tədqiqatlar nəticəsində bu qənaətə gəliblər.

Bildirilib ki, Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun bir qrup əməkdaşı biologiya üzrə fəlsəfə doktoru, dosent Rəna Abdıyevanın rəhbərliyi ilə Neftçala rayonu ərazisində ekspedisiyada olublar. Məqsəd dənizi sahilndə erkən yaz florasının qeydə alınması və örtüyünün müasir vəziyyətinin öyrənilməsi olub. Tədqiqatlar çayının Xəzər dənizinə qovuşan sahəsi, Xəzər dənizinin sahilboyu ərazisi (30 km) və sahil yaxınlığında yerləşən Uzunbabalı, Bankə, Yenikənd, Qırmızı şəfəq, Qaravəli, İkinci Mayak, Birinci mayak, Həsənabad, Mirzəqurbanlı, Mikayıllı, Şirvanlı kəndlərdə aparılıb.

Çöl tədqiqatları zamanı məlum olub ki, rayonun bitki örtüyündə yulğun formasiyalarının yayılması zonal xarakter daşıyır. Neftçala rayonunda Kür çayının Xəzər dənizinə qovuşan ərazisində balıqçılıq və otarılma amilləri güclü səhralaşma prosesinin yaranmasına şərait yaradır. Həmçinin Neftçala rayonunun dənizkənarı ərazilərində turizmin inkişafının bitki örtüyünə mənfi təsiri də gözlənilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…