Əsas məzmuna keç

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı yeni qərar qəbul etdi

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı yeni qərar qəbul etdi

Mülki Kollegiya podratçı və sifarişçi arasındakı mübahisələrə son qoyacaq presedent yaradıb. Məhkəmə təcrübəsindəki yeni qaydalar nələri dəyişəcək?

en ru

Ali Məhkəməsi tərəfindən məhkəmələr tərəfindən müqaviləsindən irəli gələn mübahisələrin həlli zamanı qanunvericiliyin düzgün tətbiq edilməsi, habelə bu kateqoriya işlər üzrə hüquqi yanaşmanın sabitliyinin təmin edilməsi məqsədilə "Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" Plenum Qərarı qəbul edilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, qərarda podrat müqaviləsini digər mülki-hüquqi müqavilələrdən fərqləndirən meyarlar müəyyən edilmiş, kommersiya subyektlərinə münasibətdə podrat müqaviləsinin forma tələblərinə aydınlıq gətirilmiş, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsinin mülki-hüquqi nəticələri, istehlak podratının və çoxmənzilli binanın tərkib hissəsinə dair podrat müqaviləsinin xüsusiyyətləri, eləcə də podrat müqaviləsi üzrə mülki qanunvericiliyin tətbiqinin təcrübi problemləri təhlil edilib.

Ali Məhkəmənin Plenumu həmçinin Qərarın tətbiqi ilə bağlı kommersiya məhkəmələrini və apellyasiya instansiyası məhkəmələrində baxılan kommersiya işlərini, habelə şəhəri üzrə rayon (şəhər) məhkəmələrini və Bakı Apellyasiya Məhkəməsində baxılan mülki işləri əhatə etməklə, 2027-ci ilin 1 yanvar tarixindən 2028-ci ilin 1 yanvar tarixinədək olan dövr ərzində məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasını qərara alınıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…