Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Əli Əsədov İqtisadi Şuranın iclasını keçirdi

1 dəq
Paylaş:
Əli Əsədov İqtisadi Şuranın iclasını keçirdi

Bu gün Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iclasın gündəliyində sahənin dayanıqlı inkişafı, o cümlədən vəziyyət və perspektivləri, kənd təsərrüfatında istehsalın artırılması, məhsuldarlığın yüksəldilməsi, təhlükəsizliyinin gücləndirilməsi, aqrar ticarətin və ixracın genişləndirilməsi, regionlarda məşğulluğun qorunması və digər carı məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələ üzrə Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun geniş məruzəsi dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər.

İclasın yekununda aqrar sahənin inkişafı ilə bağlı qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax